"Liverpul"la qarşılaşmadan öncə "Tottenhem"in baş məşqçisi Joze Mourinyo bəzi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis "qırmızılar"ın çalışdırıcısı Yürqen Kloppla dost olmadığını, lakin ona hörmət etdiyini bildirib:

"Yürqenin dostu deyiləm, çünki onunla vaxt keçirməmişəm. Birini yaxşı tanıdığınızda deyirsiz ki, "onu çox istəyirəm, dostumdur" və ya "dostum deyil". Yürqenlə matçdan 5 dəqiqə əvvəl və sonra söhbətimiz olur. Həmkarım olaraq ona hörmət edirəm, aramızda bir problem yoxdur".

Qeyd edək ki, "Tottenhem" - "Liverpul" matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.