"Liverpul" Fransa millisinin və PSJ-nin futbolçusuna göz qoyub.

Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Real"ın israrla heyətinə qatmaq istədiyi, lakin klubdakı maliyyə çətinliyinə görə ciddi addım ata bilmədiyi Kilian Mbappeyə "Liverpul" "elçi düşüb". Baş məşqçi Yurgen Klopp rəhbərlikdən 22 yaşlı futbolçunun transfer olunmasını rica edib. Mersisaydlıların istəyinə nail olub-olmayacağını futbolçunun qərarı göstərəcək.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti 2022-nin yayına qədər olsa da, "7 nömrə" yeni sözləşə ilə bağlı qərar verməkdə tələsmir.