"Roma" formasıyla gözəl bir mövsüm keçirən Radja Nainggolanı transfer etmək istəyən klub sayı getdikcə artır.

Offsideplus.az xəbər verir ki, Belçikalı futbolçunu transfer etmək istəyən klubların arasına İngiltərə klubu "Arsenal"da qoşulub

"Arsenal"ın yeni baş məşqçisi olacağı iddia edilən Luis Enriquenin də Nainggolanı çox bəyəndiyi qeyd olunub.

Ulduz orta sahə oyunçusu "Roma" klubu ilə yaxın bir zaman da müqavilə imzalamış olsa da, "Çelsi" və "Mançester yunayted" kimi klubların də təqibində yer alır.

Bu mövsüm "Roma" formasıyla 38 matça çıxan Nainggolan bu mübarizələrdə 4 qol atıb və 9 asist etdi.