İngiltərə Premyer Liqasının 19-cu turuna ötən gecə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son qarşılaşması "Arsenal" "Nyukasl" arasında olub. "Topçular" doğma meydanda 3:0 hesablı qələbəyə sevinib. Pyer-Emerik Obameyanq dubl edərək fərqlənib.
Qeyd edək ki, "Arsenal" turnir cədvəlində 27 xalla 10-cu yerdə, "Mançester Yunayted" isə 37 xalla şəriksiz liderdir.
Oyunun geniş icmalını təqdim edirik:
"Arsenal" - "Nyukasl" 3:0 (P.E.Obameyanq, 50, 77. B.Saka, 61.)