Məhəmməd Salah "Liverpul"da daha çox oynamaq istəyir.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, misirli futbolçu çempionatdakı oyunlarla bağlı bunları deyib: "Hər dəqiqə və hər matçda oynamaq istəyirəm. 90 dəqiqə yox, 95 dəqiqə meydanda olmaq istəyirəm. Ancaq məşqçinin qərarına hörmətlə yanaşıram. Koronavirus səbəbindən vəziyyət indi dəyişib və azarkeş azlığı səbəbindən hər komandanın bərabər qalib gəlmək şansı var. Bu mövsüm Premyer Liqanın qalibini proqnozlaşdırmaq hələ tezdir. Hamı bir-biri ilə yaxın xal toplayıb, amma ümid edirən ki, yenə biz qalib olacağıq".
Qeyd edək ki, Salah cari Premyer Liqa mövsümündə 17 matçın 16-da meydanda olmaqla 13 qola imza atıb.