Kevin De Brünye komandasının qeyri-sabit çıxışı haqda danışıb.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Mançester Siti"nin mövsümə hazır olmadığını deyib: "Biz güc və heyət problemi ilə üzləşdik. Bəzi futbolçular mövsümöncəsi hazırlıqda tam gücü ilə iştirak edə bilmədi, sonradan zədəlilərin sayı çoxaldı. Komanda fiziki və psixoloji cəhətdən mövsümə hazır deyildi. Son vaxtlar zədəli futbolçuların durumu yaxşılaşdı, formaya düşdük və turnir cədvəlində irəliləyə bildik. Yanvarda bizi 8 oyun gözləyir. Çox ağır olacaq, lakin öhdəsindən gələcəyimizi düşünürəm".
Qeyd edək ki, "şəhərlilər" 17 turdan sonra 29 xal toplamaqla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.