İngiltərə Premyer Liqasının daha bir oyunu təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, yanvarın 3-də keçirilməsi nəzərdə tutulan "Börnli" - "Fulhem" görüşü baş tutmayacaq.

Buna "Fulhem" komandasında koronavirusa yoluxma hallarının artması səbəb olub. 

Xatırladaq ki, daha əvvəl London təmsilçisinin dekabrın 30-da "Tottenhem"lə matçı eyni səbəbdən baş tutmayıb.