Mövsümün sonunda “Arsenal”dan ayrılacaq Arsen Vengerin karyerasını davam etdirmək üçün bir neçə variantı var.
Offsideplus.az xəbər verir ki, Vengerin xidmətində bir neçə klub və ölkə maraqlıdı. Çin hakimiyyəti fransız mütəxəssisə ölkədə futbolu inkişaf etdirmək üçün böyük səlahiyyətlər verməyə hazırdı. Yaponiya yığmasının da Vengerə tapşırılması ehtimalı var. Onu da qeryd edək ki, o, 1994-1996-cı illərdə bu ölkənin “Naqoya Qrampus” klubunda işləyib.
Dortmund “Borussiya”sının da Vengerlə maraqlandığı bildirilir. Onun alman dilində sərbəst danışması da bu təyinatın gerçəkləşməsi ehtimalını artırır. Arsenin PSJ-də rəhbər vəzifələrdən birini tutacağı da güman olunur. (Komanda.az)