İngiltərə Premyer Liqası klubu "Liverpul" Mohammed Salahın komandanı tərk edəcəyi halda yerinə gətirəcəyi futbolçunu tapıb.

Offsideplus.az xəbər verir ki, Salahın "Liverpul"da xoşbəxt olmaması barədə iddialar, "Barselona" və "Real Madrid" klubları barədə verdiyi açıqlamalarla yaxın müddətdə "qırmızılar"la yolunu ayıracağı gözlənilir. Bu halda isə "Liverpul"un misirli hücumunun yerinə kimi gətirəcəyi maraq doğurur.

Kloppun "Aston Villa"nın futbolçusu Cek Qrilişlə yaxından maraqlandığı bildirilir. Belə ki, Salah komandadan gedərsə, onu əvəzləyəcək oyunçunun Qriliş olacağı barədə iddialar var. 

Qeyd edək ki, Cek Qriliş "Siti" və "Mançester Yunayted" klublarının da hədəfindədir.