İngiltərə Premyer Liqasının 2020-ci il üzrə ən yaxşı komandası və baş məşqçisinin adı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Liverpul" və klubun çalışdırıcısı Yürqen Klopp ilin ən yaxşısı seçilib. Bu nominasiyada qaliblər BBC tərəfindən seçilib.

53 yaşlı alman mütəxəssis futbolçularının mükafata layiq olduğunu və çempion olduqları anın əbədi olaraq yaddaşına həkk olunduğunu açıqlayıb.