İngiltərə Premyer Liqasında "Arsenal"ın formasını geyinən Məsut Özil "instaqram" paylaşımı ilə "Fənərbağça" azarkeşlərini həyəcanlandırıb.

Offsideplus.az xəbər verir ki, sosial hesabında paylaşım edən türk əsilli ulduz maşında türkiyəli müğənni Yıldız Tilbenin mahnısına qulaq asdığı video paylaşıb. Paylaşıma Türkiyə bayrağını da qeyd edən Özilin bu videosu bir çox azarkeşləri həyəcanlandırıb. Adı "Fənərbağça" və MSL klubu ilə hallanan 32 yaşlı yarımmüdafiəçinin paylaşımı bir çoxları tərəfindən eyhamlı qəbul edilib.

Qeyd edək ki, "Fənərbağça"nın prezidenti Ali Koç bir neçə gün öncə Özil barədə açıqlama vermişdi:

"Məsut Özil çox yaxşı "Fənərbağça"lıdır. Lakin "Fənərbağça" həmin maliyyə şərtlərini qaldıra biləcək vəziyyətdə deyil. Bizim üçün çox gözəl xəyaldır. Gerçəkləşsə əla olardı, amma gerçəkləşməsi üçün çox çətin xəyaldır".

Screenshot 66