Biz Arsenalı onunla tanıdıq, onunla sevdik, indi də gedir. Şübhəsiz ki, heç bir baş məşqçi klubdan üstün deyil, amma Arsenalı “Arsenal” edən də Venger deyildimi?

DbNsygmUQAA9cfM

Futbolu sadəcə uğur qazanmaq, kubok qazanmaqla ölçən fanatlar indilərdə əfsanənin gedişinə sevinirlər. Xüsusən də sevinən nə qədər Arsenallı görürəm. Gələn Vengerdən daha yaxşı olacaq? Təki elə olsun. Amma mənim üçün onun yeri həmişə ayrı qalacaq və əmin olun ki, kluba ondan daha güclü bir məşqçi heç vaxt gəlməyəcək. Arsenalı məğlub olmadan çempion edəcək? Yoxsa əlindəki uşaq-muşaqla 20 il ilk dördlüyə düşə biləcək? (Yaxşı da, güya sən işində peşəkarsan? Hər ay ən yaxşı işçi seçilirsən? Hamı sənin uğurlarından danışır? Gəl, bir az obyektiv bax, ayağına bir dəfə top dəyməmiş olsa belə)

30742998_1898256760236784_963164631084302336_n

Bəs onun yerinə kim gələcək? Alleqrinin ingilis dilində dərslər almağa başladığı deyilir. Lövün Almaniyanın başından DÇ-dan sonra ayrılacağı deyilir. Tuçelin PSJ ilə anlaşdığı və s. Əslində bunlardan heç birini Arsenalın başında görmək istəmirəm. Əgər gələcəksə elə bir vaxtlar Vengeri mübarizədən kənarlaşdıran Leonardu Jardim gəlsin. Oyun stilistikası, gözəl oyun və hücum futbolu. Bəs sizcə kim gəlsin? (Şərhdə yaz, ərinmə, sənə şəxsən cavab yazacam, hətta istəsən Elmlər tərəfdə görüşək və uzun-uzadı növbəti baş məşqçinin kim olacağı və əsas da “niyə hər şeyin kubok olmadığı barədə” danışaq. Çaylar mənlik, amma düz deyirsən belə ayrılağa azı pivələmək lazımdır)

30727914_1898178616911265_4077968741999050752_n

Şəkildəkilərə bir də baxın, indi də siqaretləri yandırın.

Arsenalın rəsmi tvitter hesabı da “boss”larının gedişinə biganə qalmadı və maraqlı kontentlər yaratdılar. Baxmaq istəyənlər üçün:

Arsen Venger dünəndən bu günə

Bəs sən hansı Vengersən? 

Ümid edirəm klub Vengerdən əvvəlki “boring” dövrünə qayıtmaz. Arsenal tarixini bilmək istəyənlər üçün Nick Hornby-nin “Fever pitch” kitabını məsləhət görürəm. Oxuyun və Arsen Vengerin klubu necə dəyişdirdiyini, Top-10 klub səviyyəsinə gətirdiyini daha yaxşı başa düşəcəksiniz.  (Kitab məndə var yeri gəlmişkən, pivələməyə gəlsən, görüşə gətirərəm, amma geri qaytararsan)

Paralel dünyada Sol Kempbelin başla vurduğu qoldan sonra heç bir qol vurulmur və oyun 1-0 hesabı ilə bitir.

Fonda isə Demis Russosdan “Goodbye, my love, goodbye” mahnısı oxunur…

 

Babək Qasımzadə

Müəllifin digər yazıları bloqda: https://futboltanrilari.wordpress.com/