"Liverpul”un futbolçusu Alisson Bekker sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp  braziliyalı qapıçının Premyer Liqanın son turunun “Brayton”la səfər matçında (1:1) zədələndiyini bildirib.
Qeyd edək ki, Alisson zədə səbəbindən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.