“Arsenal”ın futbolçusu Nikolya Pepe üzr istəyib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 9-cu turunun “Lids”lə matçının 51-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulan hücumçu bu barədə “instagram” hesabında paylaşım edib: “Oyunun vacib bir anında komandamı azlıqda qoydum, etdiyim bağışlanmazdır. Klubdan, azarkeşlərdən, məşqçilərdən və komanda yoldaşlarımdan üzr istəyirəm”.
Qeyd edək ki, “Lids” – “Arsenal” matçı 0:0 hesabıyla bitib.