İngiltərə çempionu “Liverpul” Premyer Liqanın 5-ci turu çərçivəsində qarşılaşacağı “Everton”la oyuna ciddi itki ilə çıxacaq.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Nabi Keyta bu oyunda iştirak etməyəcək. 25 yaşlı qvineyalı futbolçunun fiziki hazırlığı yetərli deyil.
Qeyd edək ki, “Liverpul” “Everton”la bu gün səfərdə üz-üzə gələcək.