"Mançester Yunayted"in 22 yaşlı futbolçusu Markus Reşford birbaşa Birləşmiş Krallığının Baş Naziri ilə danışmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Reşford məktəbli uşaqların aclıq problemi ilə bağlı Boris Conson ilə danışıqlara başlamağı planlaşdırır. İngiltərəli hücumçu yaxın zamanlarda uşaqlara pulsuz yemək paylanılması ilə bağlı kampaniya başlatmışdı.

Xatırladaq ki, Markus Reşford pandemiya dövründə ehtiyacı olan uşaqlara yardım kampaniyasına görə Britaniya İmperiyası Emblemi ilə təltif olunub.