İngiltərə təmsilçisi "Aston Villa" oyunçusu ilə müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" futbolçusu Cek Qriliş ilə yeni müqavilə imzalayıb. Yeni razılaşma ilə Qriliş daha 5 il komandada çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasına "Aston Villa" klubunda başlayıb.