"Liverpul"un Tiaqo Alkantara transferi başa çatmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, ispaniyalı oyunçu "Bavariya"nı tərk etməyəcək kimi görünsə də "Liverpul" klubu müqavilə bağlamağa çox yaxındır. İngiltərə klubunun Tiaqo Alkantara üçün 20 milyon funt sterlinq təklif etdiyi bildirilir.

Xatırladaq ki, "Barselona"nın yetişdirməsi olan Tiaqonun "Bavariya" ilə müqaviləsi 2021-ci ildə başa çatır.