"Arsenal" "Lill" klubunun oyunçusu Qabriel Maqalyayns üçün 30 milyon avroluq razılaşma əldə edib.

Offsideplus.az xəbər verir ki, gələn həftə baş tutacaq görüşdə "Arsenal" Maqalyaynsın transferini rəsmi olaraq elan edəcək. "Topçular" 22 yaşlı oyunçunun transferi üçün uzun müddətdir ki, çalışırlar.

Belə ki, Qabriel Premyer Liqa klubu ilə beş illik müqavilə bağlayacaq.