"Mançester Siti" klubu ötən gün müqaviləsi bitərək klubdan ayrılan futbolçusu David Silvanın şərəfinə heykəl qoymağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, klubun prezidenti Xaldun Əl Mübarək açıqlamasında bildirib: "Silva bütün komandaya ilham verən əfsanəvi futbolçudur. Onun bizə yaşatdığı xoş anların müqabilində biz də ona daimi bir hədiyə etmək istədik".
Həmçinin klubun prezidenti heykəlin stadionun qarşısında qoyulacağını bildirib.
Ötən günlərdə karyerasını bitirən Vinsent Kompaninin də şərəfinə heykəl qoymağı planlaşdıran klub hər iki heykəlin açılışının 2021-də olacağını bildirib.