"Mançester Siti" klubunun növbəti iki mövsüm ərzində UEFA Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunub.

 Offsideplus.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) klubun müraciətini təmin edib. "Şəhərlilər"in 2 illik cəzası ləğv olunub, 30 milyon avroluq pul cəzası isə 10 milyona endirilib.

Qeyd edək ki, "Siti" feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılıb və 30 milyon avro məbləğində cərimələnmişdi.