"Mançester Yunayted"in futbolçusu Antoni Marsyal üçün İngiltərə Premyer Liqasının 31-ci turunda "Şeffild Yunayted"lə oyunda het-trik edib - 3:0.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu "qırmızı şeytanlar"da 7 ildən sonra ölkə çempionatı matçında het-trik edən ilk futbolçu olub.
Bundan əvvəl klubun sabiq futbolçusu Robin van Persi 2013-cü ildə "Aston Villa" ilə görüşdə üç qol vurmuşdu.
Qeyd edək ki, A.Marsyal bu mövsüm 36 matçda 19 qol vurub, 5 qolun ötürməsini verib.