"Nyukasl" "Latsio"nun hücumçusu Ciro İmmobile ilə maraqlanır.

Offsideplus.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi növbəti mövsümdən heyəti gücləndirməkdə iddialıdır.

Klubun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna məxsus vəliəhd şahzadə Məhəmməd bin Salmana satılmasının ardından “ağ-qaralar”ın çempionluğa oynaya biləcək bir heyət formalaşdırmaqda israrlı olduğunu bildirir.

Roma təmsilçisi İmmobileni 135 milyon avro qarşılığında satmağa hazırdır. 

Qeyd edək ki, 30 yaşlı hücumçunun "Latsio" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, cari mövsüm A Seriyasında 26 matç keçirib və 27 qol vurub.