İngiltərənin "Liverpul" klubunda forma geyinən Məhəmməd Salah şəhərdə islamafobiyanın azalmasına səbəb olub.
Offsideplus.az xəbər verir ki, araşdırma nəticəsində misirli ulduzun gəlişinən sonra Liverpulda islamafobiya nəticəsində baş verən hadisələrin sayında 18,5 % azalma müşahidə olunub.
Araşdırma zamanı məlub olub ki, klub azarkeşlərinin sosial media hesablarında İslama qarşı paylaşımlar 2 dəfə azalıb.
2017-ci ilin yayında "Roma"dan 34 milyon funt-sterlinqə transfer olunan Salah "qırmızılar"ın forması ilə 144 oyunda 91 dəfə fərqlənib.