"Anderlext"də oyunçu-məşqçi olan Vensan Kompani gələcəyi ilə bağlı qərar qəbul edib.


Offsideplus.az xəbər verir ki, belçikalı müdafiəçi "Mançester Siti"yə qayıtmaq istəmir.

Pep Qvardiola onu özünə kömək təyin etmək istəsə də, 34 yaşlı futbolçu bunu qəbul etməyib.

Kompani "Anderlext"in səhmlərini alaraq klub rəsmisi olmaq niyyətindədir.

Qeyd edək ki, belçikalı müdafiəçi "Mançester Siti"də 11 il çıxış edib.