"Arsenal"ın üzvü Bukayo Saka karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə "Real" yaxından maraqlanır.
Hücumameyilli yarımmüdafiəçinin transferini Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan şəxsən özü istəyib.
"Kral klubu" Saka üçün "topçular"a 30 milyon avro təklif edib.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm "Arsenla"ın heyətində 18 qarşılaşmada 3 ötürmə ilə diqqət çəkib.