"Mançester Siti"nin üzvü Kevin de Brüyne özü haqda danışıb.
Offsideplus.az xəbər verir ki, "Sky Sport"a açıqlama verən belçikalı yarımmüdafiəçi zəif nöqtəsinin olmadığını bildirib:
“Formam haqqında danışmaq çətin olar, amma onu deyə bilərəm ki, hal-hazırda zəif nöqtəm yoxdur. Oyunun hər bir aspektində özümü çox rahat hiss edirəm.
"Volfsburq"da da oynayanda yaxşı çıxış edirdim, amma son 3 mövsüm ərzində eniş-yoxuşlar baş verirdi. İndi isə stabil formadayam və buna görə çox xoşbəxtəm. Bu mövsümün ən birinci, "Vest Hem"lə matçından, axırıncı, "Real Madrid"lə matçınadək bütün oyunlarımdan razıyam.
Başqa futbolçuların oyunundan da həzz alıram, amma özümü unikal hiss etməyim xoşuma gəlir. Yarımmüdafiəçinin zəif nöqtəsi olmamalıdır. Futbol sürətlə inkişaf edir və həm hücuma, həm müdafiəyə yetişmək üçün çoxlu çalışmaq lazımdı.”