"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne koronavirusa yoluxmaq ehtimalının olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu ailəsində hamının xəstə olduğunu açıqlayıb:
"Müəyyən vaxtlarda səhhətimiz pisləşdi, amma indi hamı yaxşıdır. Əvvəlcə kiçik övladım xəstələndi, sonra böyük oğlum və həyat yoldaşım. Amma bunun koronavirus olub-olmadığını bilmirik. Açığı, bundan şübhəm var. Testdən keçmədik, artıq xəstəlik geridə qalıb. Son günlər yaxşı vəziyyətdəyik".