UEFA prezidenti Aleksandr Çeferin "Liverpul"un çempion olacağına inanır.
Offsideplus.az xəbər verir ki, qurum rəsmisi İngiltərə Premyer Liqasının davam etdirilməsindən asılı olmayaraq "qırmızılar"ın əsas mükafatların sahibi olacağına ümid edir.
Sloveniyanın "Ekipa" nəşrinə açıqlama verən Çeferin "Liverpul"un titulsuz qalmasına inanmadığını bildirib:
"Nəzəri cəhətdən hələ ki, heçnə başa çatmayıb. Praktiki olaraq isə onlar artıq çempiondurlar. Lakin oyunların davam etdirilməyəcəyi təqdirdə onlar yenə mükafata sahib olacaqlar. "Liverpul"un çempionluğundan başqa hər hansısa ssenari görmək istəmirəm".