"Everton"un baş məşqçi postuna keçən Karlo Ançelotti yeni klubu ilə hədəfləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Liqadan düşmək təhlükəsindən 4 xal yüksək olan Liverpul klubunun bu vəziyyəti yeni baş məşqçini narahat etmir.
Mersisayd təmsilçisi ilə 4,5 illik müqavilə imzlayan Ançelotti klubda əsas hədəfinin "Everton"u Premyer Liqa çempionu etmək olduğunu bildirib.
Karyerası ərzində 3 dəfə Çempionlar Liqası qazanan Ançelotti 2009-2010 mövsümündə "Çelsi" ilə İngiltərə Çempionluğunu yaşayıb.