"Arsenal" baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, mövsümün sonu komandadan ayrılacağı gözlənilən Arsen Vengerin əvəzinə 3 əsas namizəd seçilib. Bunlar "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi Mikel Arteta, "Monako"nun çalışdırıcısı Leonard Jardim, "Seltik"in baş məşqçisi Brendan Rodcersdir.

Qeyd edək ki, digər namizədlərin Yoahim Löv (Almaniya) və Paulu Fonseka ("Şaxtoyr") olduğu iddia edilir.