"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes komandanı tərk etmək fikrində deyil.
Offsideplus.az-ın "Sun" nəşrinə istinadən məlumatına görə, çilili forvard "qırmızı şeytanlar"da qalmaq qərarına gəlib.
Halbuki baş məşqçi Ole-Qunnar Sulşer ulduz futbolçu ilə görüşərək, ona güvənmədiyini və oyun planına daxil olmadığını bildirib. Buna baxmayaraq, Sançes başqa kluba keçməkdən imtina edib. Buna səbəb oyunçunun "mankunianlar"da aldığı yüksək məbləğdə maaşdı.
Qeyd edək ki, Aleksis Sançes "Mançester Yunayted"ə ötən il "Arsenal"dan keçib.