İngiltərə Superkubokunda "Liverpul"la matçda zədələnən "Mançester Siti"nin futbolçusu Leroy Sane uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Offsideplus.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib: "Bu, çox pis xəbərdir.  Yaşıl meydana dəqiq nə vaxt qayıdacağını deyə bilmərəm. Ümid edirəm ki, fevral və ya mart ayına kimi hazır olar".

Qeyd edək ki,  Sane "Liverpul"la görüşün 13-cü dəqiqəsində zədələnərək meydandan çıxıb.