İngiltərənin “Vulverhempton” klubu Azərbaycan millisinin üzvü Renat Dadaşovu heyətinə qatıb.
Offsideplus.az “BirminghamLive” saytına istinadən xəbər verir ki, “Eştoril”in şərəfini qoruyan milli üzvü ilə razılıq əldə edən İngiltərə klubu, onu Portuqaliyanın “Pakoş de Ferreyra” klubuna icarəyə göndərib. İngiltərə klubu ilə imzalanan müqavilənin detalları haqqında ətraflı məlumat verilməyib.
Keçən il “Eştoril”lə iki illik müqavilə imzalayan Renat, iştirak etdiyi 22 matçda 4 qolla yadda qalıb.