"Mançester Yunayted" transfer çalışmalarını sürətləndirib.

Offsideplus.az xəbər verir ki, David De Geanın komandadan gedişini nəzərə alan "qırmızı-şeytanlar" yeni qapıçı transferi üçün hərəkətə keçib.
İngiltərə mediasının məlumatına görə, "Mançester Yunayted"in hədəfindəki qapıçı "Atletiko"dan Jan Oblakdır. Klub rəhbərliyi qolkiper üçün 120 milyon avrodan keçməyə hazırdır.
Bu keçid baş tutsa, "Mançester Yunayted" tarixinin ən bahalı transferi olacaq.