İtaliyanın “Yuventus” klubu Mərakeş millisinin hücumçusu Yusif En-Nesyrinin transferi ilə bağlı “Fənərbağça” ilə razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, keçid icarə əsasında nəzərdə tutulur. Razılaşmanın şərtlərinə əsasən, 5 milyon avro icarə haqqı, 19 milyon avro satınalma opsiyası3 milyon avro bonuslar yer alır.

Hazırda “Yuventus” tərəfi oyunçunun yekun cavabını gözləyir. En-Nesyrinin razılıq verəcəyi təqdirdə, transferin qısa müddətdə rəsmiləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm “Fənərbağça”nın heyətində sabit çıxışı ilə Avropa klublarının diqqətini cəlb edib.