İngiltərənin ən qədim futbol turniri olan FA Kuboku yenilik etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, yarış yaxın vaxtlarda Çempionlar Liqasına bənzər xüsusi himnə sahib olacaq.
Təşəbbüsün əsas məqsədi FA Kubokunu “daha müasir və cəlbedici” saxlamaq, xüsusilə gənc auditoriya üçün turnirin imicini yeniləməkdir. Yeni himnin matçlardan əvvəl və xüsusi mərasimlər zamanı səsləndirilməsi planlaşdırılır.
Qeyd edilir ki, bu addım FA Kubokunun tarixi ənənələrinə toxunmadan, yarışa qlobal səviyyədə daha güclü brend dəyəri qazandırmaq niyyəti daşıyır.


