“Barselona”nın və dünya futbolunun əfsanəvi sabiq futbolçusu Ronaldinyo karyerası və zamanın sürətlə keçməsi ilə bağlı duyğularını bölüşüb.

Offsideplus.az xəbər verir ki, braziliyalı ulduz bildirib ki, bəzən gecələr yatarkən zamanın bu qədər tez keçməsinə təəccüblənir.

Ronaldinyo “Kamp Nou”da şənbə gecələri meydana çıxdığı anları, “Barselona” forması ilə oynadığı bütün La Liqa matçlarını və “Real Madrid”ə qarşı El Klassiko görüşlərini hələ də unutmadığını deyib. Onun sözlərinə görə, həmin anlar heç vaxt yaddaşlardan silinməyəcək.

Sabiq futbolçu “Barselona”da çıxış etdiyi dövrdə özünü dünyanın ən xoşbəxt insanı kimi hiss etdiyini vurğulayıb:

“Yalnız bu rənglər altında futbol oynamaq istəyirdim. Etdiyim hər driblinqdə, hər ‘velosiped’ zərbəsində, hər ‘rabona’da insanların məni alqışlaması möhtəşəm idi. Tarixin ən böyük klubu ilə yaşadığım o gözəl anları düşündükdə, bəzən kədərdən ağlayıram”.

Ronaldinyonun bu açıqlamaları futbolsevərlər arasında böyük nostalji yaradıb.