İngiltərənin “Fulhem” komandasının baş məşqçi Klaudio Ranyeri istefaya göndəriləcək.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Premyer Liqanın XXVIII turunda səfərdə “Sautqempton” 0:2 hesablı məğlubiyyətdən sonra 68 yaşlı mütəxəssisi görüşə çağırıb. İtaliyalı məşqçinin bu gün postundan uzaqlaşdırılacağı gözlənilir.
“Fulhem” 17 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, K.Ranyeri 2016-cı ildə “Lester”i İngiltərə çempionu edib. O, ötən ilin noyabrından “Fulhem”ə rəhbərlik edir.(sportnet.az)