PSJ klubunun futbolçusu Dani Alveş karyerasını İngiltərədə davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki,təcrübəli braziliyalı müdafiəçi "Mançester Siti”də oynamaq istəyir. "Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yaxşı münasibətdə olan 35 yaşlı futbolçunun keçidinin yayda baş verəcəyi gözlənilir.

Qeyd edək ki, Alveş ötən ay Braziliyanın "Flaminqo” klubunun təklifini rədd edib. Yayda PSJ ilə müqaviləsi başa çatacaq futbolçu azad agent statuslı olacaq.