“Mançester Siti”nin qapıçısı Ederson maraqlı açıqlama ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, braziliyalı qolkiper baş məşqçi Xosep Qvardiola şans versə, yarımmüdafiəçi kimi də çıxış edə biləcəyini deyib:
“Benfika”nın aşağı yaş qruplarında oynayarkən bir neçə dəfə yarımmüdafiədə çıxış etmişəm. Bu məsələdə özümə inanıram. Mənə bu mövqedə şans verilsə, bunu məmnuniyyətlə yerinə yetirərəm. Bu, maraqlı olardı.
Super səviyyədə olan hücum oyunçularımız var, mənim işimi asanlaşdırarlar. Onlar çox nadir hallarda topu itirirlər, mən səhv ötürmə etsəm də, topu saxlamağı bacararlar”.
Xatırladaq ki, ötən il “Benfika”dan transfer edilən 24 yaşlı qolkiper, gəlişiylə Klaudio Bravonu ehtiyata göndərib. O, cari mövsümdə 32 oyunda şans qazanıb.