ABŞ-ın “Di Si Yunayted” klubunda oynayan Ueyn Runi gözlənilməz hadisə ilə üzləşib.

Offsideplus.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sabiq komandası “Mançester Yunayted”in Premyer Liqanın 19-cu turunda “Haddersfild”lə matçını izləməyə gələn 33 yaşlı yarımmüdafiəçinin üst-başı “Old Trafford”a girərkən təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılıb.

“Qırmızı şeytanlar”ın heyətində 13 mövsüm oynayıb,  253 qolla ən çox qol vuran futbolçusu olan Runinin stadiona girərkən çəkilən bu fotosu gündəm olub.