"Mançester Yunayted"in yeni transferi Aleksis Sançes 2012-2013-cü illərdə İspaniyada 1 milyon avro vergidən yayındığı üçün 16 ay müddətinə həbs cəzası alıb.
Offsideplus.az xəbər verir ki, o, həbs cəzasını pul cəriməsi ilə əvəzləyib.
İspaniya qanununa görə ilk cəzası 2 ildən az olan şəxslər pul ödəyərək azadlığa çıxa bilərlər.
Qeyd edək ki, bundan əvvəl Lionel Messi, Kriştiano Ronaldo, Joze Mourinyo İspaniyada vergidən yayınmaqda ittiham olunub. L. Messi ona verilən 21 aylıq şərti həbs cəzasını pul cəriməsi ilə əvəzləyib, K.Ronaldo isə vergidən yayınmadığını bildirib.