“Mançester Yunayted”in çilili forvardı Aleksis Sançesin komandadakı gələcəyi ilə bağlı yeni xəbər yayılıb.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “qırmızı şeytanlar”ın baş məşqçi Joze Mourinyo ilə birlikdə uğurlu olacağını düşünmədiyi üçün klubdan ayrılmaq qərarını verib.
Çili millisinin üzvünün PSJ-yə keçmək istədiyi bildirilir.
“Mançester Yunayted”lə 2022-ci ilədək müqaviləsi olan forvard, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində çıxdığı 12 oyunda 1 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.