İngiltərənin “Liverpul” klubunun maraq dairəsində olan “Borussiya”nın (Dortmund) futbolçusu Kristian Pulişiç, daha bir ingilis təmsilçisinin transfer siyahısındadır.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” amerikalı futbolçu üçün Almaniya klubuna 70 milyon sterlinqlik təklif göndərib. İki tərəf arasında razılıq əldə olunarsa, 20 yaşlı futbolçu iyun ayına qədər “Borussiya”da çıxış edəcək, yay transfer pəncərəsi dövründə isə London təmsilçisinə transfer olunacaq. “Arılar” 70 milyon sterlinqə razılaşarsa, Pulişiç ən bahalı ABŞ-lı futbolçu ünvanına yiyələnəcək.

2015-ci ildə “Borussiya”nın 17 yaşlılardan ibarət komandasında oynayan Pulişiç, 2016-cı ildə əsas komandaya cəlb olunub.

ABŞ millisinin üzvü yığmada keçirdiyi 22 oyunda 9 qol, 7 məhsuldar ötürməylə yadda qalıb.