İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Liverpul” “Vest Hem”lə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, görüşə sürətli başlayan ev sahibləri artıq 5-ci dəqiqədə Uqo Ekitikenin qolu ilə hesabı açıblar. 24-cü dəqiqədə Vircil van Deyk fərqi iki topa çatdırıb. İlk hissənin sonlarına yaxın, 43-cü dəqiqədə isə Aleksis Makalister fərqlənərək hesabı 3:0 edib və komandalar fasiləyə bu nəticə ilə yollanıblar.

İkinci hissədə qonaqlar 49-cu dəqiqədə Tomas Soucek vasitəsilə fərqi azaltsalar da, 70-ci dəqiqədə Kodi Qakpo Liverpoolun dördüncü qolunu vurub. 75-ci dəqiqədə Valentin Kastelyanos adına ikinci qolu qeyd edib. Oyunun 83-cü dəqiqəsində isə Axel Disasinin avtoqolu matçın yekun hesabını müəyyənləşdirib – 5:2.

Bu qələbə ilə Liverpool Premyer Liqada ardıcıl üçüncü qalibiyyətini qazanaraq xallarının sayını 48-ə yüksəldib.Liqada qalmaq uğrunda mübarizə aparan "Vest Hem" isə 25 xalı var.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyənin "Qalatasaray"la qarşılaşacaq. İlk oyun martın 10-da İstanbulda keçiriləcək.