"Mançester Yunayted" baş məşqçi Ruben Amorim və onun məşqçilər korpusunun klubdan ayrılmasının maliyyə nəticələrini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı məlumata görə, bu ayrılıqla bağlı əlaqədar qeyri-maddi aktivlərin silinməsi üçün 6,3 milyon funt sterlinq məbləğində xərc qeydə alınıb. Bundan əlavə, gələcəkdə mümkün kompensasiya ödənişlərini əhatə edən maksimum 15,9 milyon funt sterlinq həcmində ehtiyat (provision) ayrılıb.
Bildirilib ki, sözügedən məbləğlər 30 iyun 2026-cı il tarixində başa çatan maliyyə ilinin ikinci yarısında mənfəət və ya zərər hesabatında tanınacaq.


