Kriştiano Ronaldo İspaniyanın "Almeriya" klubunda pay əldə etdikdən sonra yeni investisiya planı üzərində çalışır.

Offsideplus.az xəbər verir ki, futbolçunun ətrafının yaydığı məlumata görə, Ronaldo yaxın gələcəkdə İngiltərə Premyer Liqası klublarından birinə sərmayə yatırmaq niyyətindədir. Hazırda onun maliyyə məsləhətçiləri mümkün variantları dəyərləndirir və müxtəlif klublarla bağlı iqtisadi göstəriciləri təhlil edirlər.

Bildirilir ki, İngiltərə Premyer Liqası klublarına yatırılan investisiyalar digər Avropa çempionatları ilə müqayisədə daha yüksək və sabit gəlir vəd edir. Güclü yayım müqavilələri, qlobal sponsorluqlar və geniş azarkeş bazası bu liqanı investorlar üçün ən cəlbedici bazarlardan birinə çevirib.

Hələlik Ronaldonun maraq göstərdiyi konkret klubun adı açıqlanmayıb.