"Arsenal" klubunda ulduz futbolçu ilə baş məşqçi arasında problem böyüyür.
Offsideplus.az xəbər verir ki, Martin Ödeqard həm klub rəhbərliyi, həm də məşqçi heyəti tərəfindən kifayət qədər qiymətləndirilmədiyini düşünür. Son aylarda ona verilmiş bir neçə vədin yerinə yetirilmədiyi bildirilir.
Ödeqord ilə Mikel Arteta arasındakı münasibətlər son həftələrdə ciddi şəkildə gərginləşib və bu, komanda daxilində narazılığın artmasına səbəb olub.
“Arsenal”ın kapitanının yay transfer pəncərəsində klubdan ayrılmağa tam qərarlı olduğu vurğulanır. Onun növbəti ünvan kimi “Mançester Yunayted”i seçdiyi, halbuki adının daha əvvəl “Bavariya” ilə də hallandığı qeyd edilir.



