"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, "Nyukasl" üzərində qazanılan 2-1 hesablı qələbəni Premyer Liqa titulu yolunda "böyük addım" adlandırıb.
Offsideplus.az xəbər verir ki, Niko O'Reylinin dublu ilə xallarını artıran "şəhərlilər", lider "Arsenal" ilə fərqi 2 xala endiriblər.
Qvardiola hər iki qolu vuran O'Reylini xüsusi tərifləyərək, akademiyanın (Foden və Lyuis ilə birlikdə) komandaya böyük güc qatdığını vurğulayıb.
İspaniyalı mütəxəssis onu da qeyd edib ki, heyətin 70 faizi ilk dəfə belə gərgin çempionluq yarışı təcrübəsi yaşayır.
"Mançester Siti"nin ehtiyatda bir oyunu var və qalan 11 matçın hamısını qazanacağı təqdirdə çempionluğu təmin edəcək.


